Gənclər günü münasibəti ilə tədbir keçirilib

02.02.2023-cü il tarixində məktəbdə Gənclər günü ilə əlaqədar tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Prezident İlham Əliyevin Gənclər günü ilə bağlı gənclər haqqında video-çarxı, daha sonra 10"A" sinif şagirdi Sənayeva Kəmalənin Gənclər günü ilə əlaqədar apardığı sorgu izlənilib. Şagirdlərin gənclər haqqında hazırladıqları əyləncəli səhnəciklər, "sosial şəbəkələr" mövzusunda dialoqlar, müxtəlif kompozisiyalar səsləndirilib. Tədbirdə məktəbin gənc müəllimləri Qarayeva Məhbubə, Həsənova Vüsalə, Abdullayev Ravil öz həyat hekayələrindən bəhs edərək uğura gedən yoldan söhbət ediblər. Məktəbin əməkdar müəllimi Cəmilə Mahmudova gənclərə tövsiyyələr verərək onları təbrik edib. Tədbirin qonaqları, Xətai rayonu Yeni Azərbaycan Partiyasının əməkdaşı Abbasov Ülvi, Gənclər və İdman İdarəsinin rəis müavini Elvin Orucov, məktəbin məzunları Çinarə Fətəliyeva, Elvin Abdullayev, paraolimpiyaçı Rəsul Zəkiyev tədbirdə çıxış edərək 2 fevral "Gənclər günü" münasibətilə gəncləri təbrik ediblər. Sonda məktəbin direktoru Yaqut Kərimli tədbirdə iştirak edən qonaqlara və tədbirin təşkilatçılarına, şagirdlərə təşəkkürünü bildirib. Tədbir qonaqlar və iştirakçılar tərəfindən bəyənilib və xatirə şəkli çəkilib.