Coğrafiya fənni üzrə keçirilən əyləncəli bilik yarışması

14.12.2016-cı il tarixdə 6a, 6b və 6c sinifləri arasında Coğrafiya fənni üzrə əyləncəli bilik yarışması keçirildi. Siniflərin fəal şagirdlərindən ibarət 3 komanda təşkil olundu və komandalara ad verildi: 6a–“Qafqaz”, 6b–“Göygöl”, 6c–“Qarabağ”. Bilik yarışmasında komandalara müxtəlif mövzu ilə bağlı suallar verildi. Suallar arasındakı fasilədə şagirdlərin hazırladıqları səhnəciklər göstərildi. Sonda komandaların çıxışları qiymətləndirildi və qaliblərə hədiyyələr təqdim olundu.