"Peşəkarlıq yolunda" layihəsi ilə bağlı tədbir təşkil olunub

06.01.2023-cü il tarixində "Peşəkarlıq yolunda" layihəsi ilə bağlı texnologiya müəllimi Xanım Siraczadənin təşkilatçılığı və 8"A", 8"B", 9"C" sinif şagirdləri ilə birgə "Mənim peşə seçimim" mövzusunda tədbir təşkil olunub. Şagirdlər müxtəlif ixtisaslar: memar, mühəndis, həkim, proqramçı, çilingər, musiqişünas, müəllim haqqında məlumat təqdim ediblər və musiqi aləti sazın incəliklərindən danışıblar. Tədbir 8"A" sinif şagirdi Qurbanlı Ülkərin ifasında aşıq mahnısı ilə bitib.