"Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi" ilə bağlı maarifləndirici tədbir keçirilib

Tədbirlər planına əsasən "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi" ilə bağlı maarifləndirici tədbir keçirilib. Tədbirin təşkilatçısı məktəbin coğrafiya müəllimi Esmira Dəmirçiyeva 8"B" və 7"C" sinif şagirdləri ilə birgə "Sözün də su kimi lətafəti var, Hər sözü az desən daha xoş olar"adlı tədbir keçirib. Şagirdlər Azərbaycan Respublikasının su anbarları və suyun faydaları haqqında təqdimatlar hazırlayıblar. Tədbirdə şagirdlər suya aid şeirlər söyləyib, mahnılar səsləndirib, suyun qənaətlə istifadə edilməsi ilə bağlı səhnəcik təqdim ediblər. Sonda su ilə bağlı videoçarx göstərilib. Tədbir iştirakçılar tərəfindən bəyənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi