Ulu öndərin anım günü

Azərbaycan müstəqilliyinin təminatçısı olmuş ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Xətai rayonu 55 nömrəli tam orta məktəbdə silsilə tədbirlər həyata keçirildi. İbtidai siniflərdə müəllimlər Heydər Əliyevin fəaliyyəti ilə bağlı film nümayiş etdirdilər. Məktəbin foyesində ulu öndərin həyat və fəaliyyətini əks etdirən şəkillərdən ibarət sərgi təşkil edildi. 12 dekabr günü bütün siniflərdə ilk dərslər ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr edildi. Məktəbin təşkilatçısı Mətanət Əsgərovanın və məktəb rəhbərliyinin nəzarəti və iştirakı ilə silsilə tədbirlər keçirildi. Ulu öndərə həsr edilmiş rəsm sərgisi təşkil edildi. Məktəbin tarix müəllimi Zümrüd Həsənquliyeva və VII, X sinif şagirdlərinin iştirakı ilə kitabxanada ulu öndərə həsr edilmiş “Dəyirmi masa” təşkil edildi. Şagirdlərin fəallığı ilə keçirilən “Dəyirmi masa”da Heydər Əliyevə həsr edilmiş məruzə və çıxışlar dinlənildi. 10b sinif şagirdləri Hüseynov Ümüd və Zeynalova Leyla hazırladıqları çıxışları ilə xüsusilə fərqləndilər.