Azərbaycan: Beynəlxalq tolerantlıq və multikulturalizm nümunəsidir

“Azərbaycan: Beynəlxalq tolerantlıq və multikulturalizm nümunəsidir” mövzusunun keçirilməsi ilə əlaqədar məktəbin foyesində fotostend, şagirdlərin yazdıqları esse yazılarından ibarət sərgi nümayiş olunmuşdur. Sinif təşkilat saatlarında, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat dərslərində bu mövzuda söhbətlər aparılmışdır.Məktəbin konfrans zalında sinif rəhbəri Ülviyyə Zaidova “Mən tolerantlığı necə başa düşürəm” mövzusunda “Dəyirmi masa” keçirmişdir. Ülviyyə Zaidova ““Dəyirmi masa”nı giriş sözü ilə açdı. Sonra şagirdlərdən Qaya Nəsibzadə, Səidə Xanbəyli, Səbinə Seyidova, Altay Səmədli “Tolerantlıq” haqqında öz fikirlərini söylədilər. Sonda şagirdlər “Beynəlxalq Tolerantlıq Günü” ilə əlaqədar hazırladıqları videoçarxı nümayiş etdirdilər.7 dekabr 2016-ci il tarixdə məktəb kitabxanasında VI və VII sinif şagirdləri, ədəbiyyat müəllimi Bənövşə Primova, coğrafiya müəllimi Gülsüm Hacıyeva və kitabxana işçiləri ilə birgə diskusiya keçirildi. Şagirdlərdən Zenfira Qədirli, Mətin Məmmədli, Səid İsmayılov, Rəvan Bayramova, Fidan Əliyeva və başqaları “Multikulturalizm” mövzusunda öz fikirlərini söylədilər. Müəllim Bənövşə Primova cəmiyyətdə multikulturalizm əhəmiyyəti haqqında geniş fikir söylədi. Gülsüm Hacıyeva “Tolerantlıq” mövzusu ilə multikulturalizmin oxşar və fərqli cəhətlərini, dinlər arasında birliyin və onlara hörmətlə yanaşmadan söhbət etdi. Sonda məktəbin direktoru Sevinc xanım Tahirova Azərbaycan tarixində multikulturalizm sahəsində ən böyük islahatların məhz ulu öndər Heydər Əliyev adı ilə bağlı olduğunu vurğuladı və hal-hazırda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bu işləri davam etdirməsini bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi