"Dahi Lider" adlı ədəbii-bədii kompozisiya keçirildi

12.12.2022-ci il tarixində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar foyedə, sinif otaqlarında guşələr nümayiş olundu və sinif saatları keçirildi. Tədbirlər planına uyğun olaraq Azərbaycan dili və ədəbiyyat müəllimi Səfurə Nəbiyeva və musiqi müəllimi Safurə Qarayevanın birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Anım günü ilə əlaqədar "Dahi Lider" adlı ədəbii-bədii kompozisiya keçirildi. Şagirdlər Dahi Liderin keçdiyi həyat yolu və ona həsr olunmuş şeirlər və bəstələnmiş musiqiləri ifa etdilər. Ulu Öndərə həsr olunmuş videoçarx və təqdimatlar nümayiş olundu. Şagirdlər Dahi Lider Heydər Əliyevə həsr olunmuş albom, çəkdikləri şəkillərdən hazırlanmış divar qəzetləri və kitablardan ibarət guşə hazırlamışdılar. Sonda məktəbin direktoru Yaqut Kərimli çıxış etdi. O, ümummilli lider Heydər Əliyevin qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi haqda danışaraq respublikanın bu günkü inkişafının dahi şəxsiyyətin adı ilə bağlı olduğunu qeyd etdi.