Məktəbdə "Gender əsaslı zorakılıqla mübarizə" mövzusunda "dəyirmi masa" keçirildi

Tədbirlər planına uyğun olaraq 8 dekabr 2022-ci il tarixində məktəbin kitabxanasında 8"B" sinfinin iştirakı ilə "Gender əsaslı zorakılıqla mübarizə" mövzusunda "dəyirmi masa" keçirildi. Giriş sözü ilə tarix müəllimi Elnarə Rüstəmova gender bərabərliyi anlayışı, respublikamızda gender siyasəti, cəmiyyətimizin ictimai-siyası həyatında kişilərlə yanaşı qadınların da fəal mövqeyi haqqında danışdı. Şagirdlər Əlicanova Aysu, Quliyeva Əsmər, Məmmədov Elcan, Quliyeva Səkinə bu mövzuya aid hazırladıqları təqdimatları təqdim etdilər. Sonda gender bərabərsizliyi və ayrı-seçkilik, məişət zorakılığı, uşaq nigahları mövzuları ətrafında diskussiya aparıldı, şagirdlər öz mövqelərini açıqlayıb, fikirləri ilə bölüşdülər.