İbtidai siniflərdə dərs dinləmələri davam edir

3"B" sinfinin həyat bilgisi fənnindən bu dərsə olan mövzusu "Qoruqlar və yasaqlıqlar" olub. Dərs beyin həmləsi ilə başlayıb. Şagirdlər qruplara bölünüb, sinif rəhbəri Nailə Qədirova tərəfindən şagirdlərə iş vərəqləri paylanaraq hər qrupun mövzuya uyğun divar qəzeti hazırlamaları tapşırılıb. Rəngarəng formada hazırlanan divar qəzetləri şagirdlərin marağına səbəb olub. Şagirdlər "Qoruqlar və yasaqlıqlar" haqqında maraqlı məlumatlar əldə ediblər.
1"C" sinif müəllimi Ərşadlı Səma "Ayı və dostları" mövzusunu keçərkən oyun əsaslı öyrənmə formasından istifadə etmişdir. Təşkil olunmuş dərs zamanı şagirdlər "obraz, baş qəhrəman, xarakter" anlayışları haqqında öyrəndilər.