Məktəbdə "Erkən nikaha yox deyək" adlı "dəyirmi masa" keçirilib

Tədbirlər Planının icrası ilə bağlı 07.12.2022-ci il tarixdə "Erkən nikaha yox deyək" adlı "dəyirmi masa" keçirildi. "Dəyirmi masa"da 9"C" sinif şagirdləri iştirak edirdi. Məktəbin həkimi Lətifə Səfərova şagirdlərlə erkən nikahla bağlı maarifləndirici söhbət apardı. Həkim Lətifə Səfərova qeyd etdi ki, erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işinin gücləndirilməsi məqsədə uyğundur. Qızların təhsildən yayınması hallarının qarşısı alınmalıdır. Hər bir yeniyetmə təhsildən yayınmamalıdır. Bütün yeniyetmələrin təhsil almaq hüququ var. Eyni zamanda həkim erkən nikahın fəsadlarını qeyd edərək tövsiyə etdi ki, hüquqlarınızı tanıyın və qoruyun. Sonda şagirdlərin rəsmlərindən ibarət güşə və mövzuya uyğun təqdimat nümayiş olundu.