4"B" sinfində "Halal pul" mövzusunda nümunəvi dərs keçirilib

İbtidai sinif müəllimi Fərqanə Mirzəyeva 4"B" sinfində "Halal pul" mövzusunda nümunəvi dərs keçirib. Dərs mövzuya uyğun cizgi filminin nümayişi ilə başlayıb. Daha sonra şagirdlər tərəfindən hazırlanmış səhnəcik təqdim olunub. Səhnəcik təqdim olunandan sonra müəllim tərəfindən şagirdlərin diqqət səviyyəsi yoxlanılıb. Dərsin sonunda təşkil olunmuş rollu oyunu şagirdlərdə maraq doğurub.