3 dekabr-Beynəlxalq Əlillər Günü münasibəti ilə məktəbin nitqi qüsurlu sinif şagirdləri ilə birgə musiqili ədəbi-bədii kompozisiya keçirilib

3 dekabr-Beynəlxalq Əlillər Günü bütün dünyada hər il qeyd olunduğu kimi, məktəbimizdə də nitqi qüsurlu sinif şagirdləri ilə birgə qeyd olunur. 02.12.2022-ci il tarixində tədbirlər planına uyğun olaraq məktəbin nitqi qüsurlu sinif şagirdləri ilə birgə musiqili ədəbi-bədii kompozisiya keçirilib. Tədbirdə şagirdlər "Ulduz" kino filmindən bir parçanı səhnələşdiriblər. Azərbaycan milli rəqsi "Tərəkəmə" və "Vals" musiqi sədaları altında edilən rəqslər iştirakçılarda xoş ovqat yaradıb. Şagirdlər "Bayraq", "Vətən", "Qarabağ" haqqında şeir söyləyiblər və onların hazırladıqları əl işləri nümayiş olunub. Tədbir iştirakçılar tərəfindən çox bəyənilib. Sonda məktəbin direktoru Yaqut Kərimli şagirdləri təbrik edərək qeyd edib ki, qüsurlu şagirdlərə məktəbdə həmişə diqqət göstərilib və bu davam edəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi