Sinif nümayəndələri ilə iclas keçirilib

2 dekabr 2022-ci ildə məktəb sinif nümayəndələrinin iclası keçirildi. İclası uşaq birliyi təşkilatı rəhbəri Mehnaz Süleymanova açaraq sinif nümayəndələrinə tapşırıqlar verdi. Şagirdlərin nizam-intizamı, davamiyyəti, növbətçiliyin təşkili, sinif otaqlarının təmizliyi, məktəbli kitabçalarının yazılması, sinif guşələrinin hazırlanması kimi məsələlər müzakirə olundu. Mehnaz Süleymanova sinif nümayəndələrinin qarşısında duran vəzifələrdən danışdı. O, öz çıxışında sinif nümayəndələrinə bizə sadəcə savadlı və diplomlu gənclər deyil, eyni zamanda sözünü deməyi bacaran, haqqlarını və vəzifələrini bilən, məsuliyyəti dərk edən, idarəetmə qabiliyyəti olan gəncliyin lazım olduğunu bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi