"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya

Məktəbin 8"A",7"X", 8"X",9"X" sinif şagirdləri və müəllimlərinin İçərişəhərə ekskursiyası təşkil olunub. Elm və Təhsil Nazirliyinin İçərişəhər Tarix Memarlıq Qoruğu ilə bağladığı müqaviləyə əsasən hazırlanmış qrafiki ilə məktəbin 8"A",7"X", 8"X",9"X" sinif şagirdləri və müəllimlərinin İçərişəhərə ekskursiyası təşkil olunub. Şagirdlər Qoşa Qala Qapısını, Qız Qalası tarixi Memarlıq abidəsini, Şirvanşahlar kompleksini ziyarət ediblər. Bələdçi Nərminə xanım şagirdlərə tarixi yerlər haqqında geniş məlumat verib. Gəzinti zamanı şagirdlərimizi müşayiət edən sinif rəhbərləri Gülsüm Hacıyeva, Suğra Ramazanova və Qərənfil Əlicanova onların ekskursiyadan xoş təəssüratla ayrıldığını qeyd ediblər.