"Bakı Zooloji Parkında dərs-ekskursiyaların təşkilinə dair Təlimat" ilə bağlı dərs-ekskursiyanın keçirilməsi davam edir

Məktəbin coğrafiya müəllimi Esmira Dəmirçiyevanın təşkilatçılığı ilə 6"C" sinfi coğrafiya dərsini zooparkda keçdi. Esmira Dəmirçiyeva şagirdlərə "Canlı aləm təbəqəsi" mövzusunda geniş məlumat verdi. Şagirdlər Azərbaycan Respublikasının bitki və heyvan aləminin müxtəlifliyinin əyani şahidi oldular. Hava şəraitinin yağışlı olmasına baxmayaraq, açıq havada keçirilən dərs şagirdlər üçün çox maraqlı keçdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi