"Zərərli vərdişlərə birlikdə yox deyək !" layihəsinin keçirilməsi ilə bağlı Tədbirlər Planının icrası istiqamətində tədbirlər davam edir

30.11.2022-ci il tarixində məktəbin biologiya müəllimi Aynurə Mahmudovanın təşkilatçılığı ilə 8"B" sinif şagirdləri ilə birgə uşaq və gənclər arasında ətraf mühit və sağlam həyat tərzinin geniş təbliği, IIV/QİÇS-ə yoluxmuş şəxslərin reabilitasiyası üzrə "QİÇS seçmir, biz seçirik! " adlı tədbir keçirildi. "1 Dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günüdür!" Bu mövzu ilə əlaqədar şagirdlər slaydlar, videoçarxlar nümayis etdirdilər. Xəstəliyin simptomları, yayılması, onun qarşısınin alınması üsulları, hepatit və onun növləri haqqında geniş məlumatlar verdilər. Mövzu ilə əlaqədar məktəb şagirdləri arasında aparılan reportaj videoçarxı da çox maraqla izlənildi. Sonda Aynurə Mahmudova tədbir izləyiciləri ilə mövzuyla əlaqədar sorğu apardı. İzləyicilər sorğuda çox fəal iştirak etdilər. Tədbir hamı tərəfindən çox bəyənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi