"Kəsrlər və hissələr" mövzusunda nümunəvi dərs keçirilib

4"C" sinfində müəllim Mehriban Əliyeva riyaziyyat fənni üzrə "Kəsrlər və hissələr" mövzusunda nümunəvi dərs keçirib. Dərs "kəsrlər və hissələr"mövzusuna uyğun hekayənin göstərilməsi ilə başlanıb. Şagirdlərin mövzunu mənimsəmələrini daha maraqlı etmək üçün meyvələrdən istifadə edərək tam və hissələr göstərilib. Maraqlı keçən dərsin sonunda şagirdlər müəllim tərəfindən müəyyənləşmiş məqsədə çatıblar.