İbtidai siniflərdə fənn aylığı davam edir

Məktəbin illik fəaliyyət planına uyğun olaraq şagirdlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə fənn aylıqları keçirilməkdə davam edir. Noyabr ayı ibtidai sinif fənn aylığı elan olunmuşdur. Aylıq çərçivəsində müxtəlif müsabiqər, seminarlar, “açıq dərs”lər, “dəyirmi masa”, fənlərin tədrisinin yoxlanılması, tədbirlər, şagird və müəllim istiqaməti üzrə müxtəlif yarışlar keçirilmişdir. Bu istiqamətdə 4"A" sinif rəhbəri Acar Vəliyevanın təqdimatında Həyat bilgisi fənnindən "Vətəndaşlıq" mövzusu dinlənilmışdir. Dərs səhnəciklə başlamış, mövzuya uyğun şeirlər səslənmişdir. Dərsin davamında şagirdlərə qruplarla iş verilmış, iş vərəqləri paylanmışdır. Dərsin sonunda şagirdlərin "əsl vətəndaş necə olmalıdır?" sualına cavabları dinlənilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi