"Bakı Zooloji Parkında dərs-ekskursiyaların təşkilinə dair Təlimat" la bağlı dərs-ekskursiya təşkil olunub

"Bakı Zooloji Parkında dərs-ekskursiyaların təşkilinə dair Təlimat"la bağlı 25.11.2022-ci il tarixdə məktəbin coğrafiya müəllimi Gülüsüm Hacıyevanın təşkilatçılığı ilə dərs-ekskursiya təşkil olundu. 8"A" sinif şagirdləri ilə birgə coğrafiya və biologiya fənlərinin inteqrasiyasını təmin etməklə dərs zooparkda keçirildi. Gülüsüm Hacıyeva şagirdlərə "Azərbaycanın bitki və heyvanlar aləmi" mövzusunda geniş məlumat verdi. Şagirdlər Azərbaycanın fauna və florasının rəngarəngliyinin və zənginliyinin canlı şahidi oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi