Məktəbdə Yaşıl Layihə: "Təbiəti qoruyanlar" adlı layihə ilə bağlı son hesabat xarakterli ekoloji konfrans keçirildi

Tədbirlər planına uyğun olaraq 25.11.2022-ci tarixdə məktəbdə Yaşıl Layihə: "Təbiəti qoruyanlar" adlı layihə ilə bağlı son hesabat xarakterli ekoloji konfrans keçirildi. Konfrans məktəbin biologiya müəllimi Afət Balabəyovanın təşkilatçılığı ilə 9"A", 9"C", 7"B" və 7"C" sinif şagirdlərinin iştirakı ilə təşkil olunmuşdu. Konfransda 7"B" sinif şagirdləri təbiət haqqında aforizmlər və "Təbiəti qoruyaq" adlı şeirlər söylədilər. 9"A" və 9"B" sinif şagirdlərinin hazırladıqları slaydlarda "Ətraf mühitin mühafizəsi", "Qoruqlar" və "Qırmızı kitab" haqqında məlumatlar öz əksini tapmışdı.