"Zərərli vərdişlərə birlikdə yox deyək!" layihəsinin keçirilməsi ilə əlaqədar, "Mən öz gələcəyimi seçirəm!" adlı tədbir keçirilib

23 noyabr tarixində məktəbin biologiya müəllimi Sevinc Məmmədovanın təşkilatçılığı ilə "Zərərli vərdişlərə birlikdə yox deyək!" layihəsinin keçirilməsi ilə əlaqədar, "Mən öz gələcəyimi seçirəm!" adlı tədbir keçirilib. Narkotik vasitələrin törətdiyi fəsadlardan danışılıb. Narkotikə bu və ya digər dərəcədə qurşananların öz həyatlarını qeyri-ixtiyarı olaraq məhv etmələri vurğulanıb. Cinayətkarlığın, korrupsiyanın, hepatitin, QİÇS-in sürətlə yayılmasına zəmin yaratdığı qeyd olunub. Tədbirdə narkotik istifadə edən və müalicə olunan şəxs haqqında müsahibə maraqla izlənilib. Narkotik vasitələrinin fəsadları, istifadə səbəbləri uşaqlarla diskusiya edilib. Şagirdlər həll yolları haqqında maraqlı fikirlər bildiriblər. Narkomaniyanın XXI əsrin bəlası olması qeyd olunub. Tədbirdə 9"C",8"A", 8"C", 7"A" sinif şagirdlərinin narkotik maddələrin zərərləri haqqında hazırladıqları videoroliklər və təqdimatlar nümayiş etdirilib. 8"A" sinfinin hazirladigi səhnəcik aşağı sinif şagirdləri üçün bir mesaj olub. Şagirdlər tərəfindən hazırlanmiş divar qəzetləri, rəsm işləri maraqla qarşılanıb. Sonda məktəbin direktor muavini Leyla Əhmədova uşaqlara tövsiyə və məsləhətlər verib. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi