Məktəbdə metodbirləşmə iclası keçirilib

Məktəbdə metodşura sədri Leyla Əhmədova tərəfindən metodbirləşmə iclası keçirilib. İclas zamanı Azərbaycan dili və ədəbiyyat metodbirləşməsinin rəhbəri Ziyafət Bağırova Azərbaycan dili və ədəbiyyat aylığı çərçivəsində görülən işlər barəsində məlumat verib. İbtidai siniflər üzrə metodbirləşmə rəhbəri Mehriban Əliyeva noyabr ayı ərzində müəllimləri aylığa uyğun olaraq yerinə yetirdikləri və görəcəkləri işlərlə, eyni zamanda formativ jurnalın daha asan üsulla yazılmasına uyğun hazırladığı nümunə ilə tanış edib. Nümunə bəyənilib və müəllimlərə də metodbirləşmə rəhbərləri tərəfindən tövsiyyə olunması qərarı alınıb. Daha sonra metodbirləşmə rəhbərlərinə Respublika Fənn Olimpiadalarına şagirdlərin hazırlıqları ilə ciddi məşğul olmaları tapşırılıb. Dərslərin daha interaktiv keçirilməsi məsələsi də iclasda müzakirə olunub. İclasın sonunda olimpiadalara hazırlıqlara ciddi nəzarətin təşkil olunması, dərslərin daha çox interaktiv formada keçirilməsi, müəllimlərin formativ jurnalın göstərilən nümunəsi ilə tanış edilməsi qərara alınıb.