Məktəbdə növbəti Pedoqoji Şura keçirilib

İclasda 2022-2023-cü tədris ilinin əvvəlindən görulmüş işlər barəsində məlumat verilib, 9- cu siniflərdə keçirilən monitorinqin nəticələri müzakirə edilib. İstedadlı şagirdlərlə işin təşkili: məntiq olimpiadası, fənn müsabiqə və olimpiadaları, ‘’Sabahın alimləri’’ müsabiqəsi, təhsilin keyfiyyətinin artırılması baxımından görüləcək işlər barəsində danışılıb. Dərs dinləmələr, cari məsələlər, qış sezonuna hazırlığın vəziyyəti müzakirə olunub. Dərnəklərin fəaliyyəti, şagirdlərin dərsə dəvamiyyəti istiqamətində görüləcək işlər barəsində məlumat verilib. Toplantıda qeyd edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib, aidiyyəti tapşırıqlar verilib və müəllimləri maraqlandıran suallar ətraflı cavablandırılıb.