Məktəbin tibb bacısı Səbinə Kərimova və Ulduz Molayeva şagirdlərlə maarifləndirici söhbətlər aparıb

"Zərərli vərdişlərə birlikdə yox deyək!" layihəsinin keçirilməsi ilə bağlı məktəbin tibb bacısı Səbinə Kərimova və psixoloqu Ulduz Mollayevanın təşkilatçılığı ilə birgə "dəyirmi masa" keçirilib. "Dəyirmi masa"da 6"C" sinif şagirdləri iştirak ediblər. Onlar azyaşlıların zərərli vərdişlərə (alkoqolizm, siqaret, psixotrop maddələrə) necə yoluxmasından, insan orqanizminə psixi, fiziki inkişafında mənfi təsirindən söhbət aparıblar. Şagirdlərə tövsiyə olunub ki, bu kimi zərərli maddələrdən uzaq olsunlar, xarici mühitin mənfi təsirinə düşməsinlər.