"Zəfər tarixi" dərsliyinin müzakirəsi ilə bağlı "dəyirmi masa" keçirilib

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-146 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə "Zəfər tarixi" dərsliyinin müzakirəsi ilə bağlı "dəyirmi masa" keçirilib. "Dəyirmi masa" Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Bir dəqiqəlik sükutla Vətən müharibəsi şəhidləri yad olunub. Tarix və coğrafiya fənn metodbirləşmə sədri Gülüsüm Hacıyeva 30 il ərzində Azərbaycanın coğrafi ərazisinə, iqtisadiyyatına, mədəniyyətimizə erməni separatçı qüvvələrinin vurduqları ziyanlar haqqında məlumat verib. 

    Tarix müəllimi Elnarə Rüstəmova qeyd edib ki,1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq imperiyaya qarşı ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi olub. Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşub və 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur. Həmçinin o, bildirib ki, "Zəfər tarixi" adlı dərslikdə igid oğulların qəhrəmanlığı, xalqın Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək tarixi torpaqlarımızın geri qaytarılması, qələbənin necə əldə olunması aydın şəkildə şərh edilib. Tarix müəllimi Ülviyyə Zaidova öz çıxışında vurğulayıb ki, tarixdə heç bir dövlət müharibə zamanı 44 gün ərzində qələbə əldə edə bilməyib. Xalqımız bir daha qəhramanlığını sübut edib. "Zəfər tarixi" adlı dərslikdə Vətən müharibəsinin gedişatı tam öz əksini tapıb. Müzakirə iştirakçıları tərəfindən "Zəfər tarixi" adlı dərsliyin tez bir zamanda yüksək səviyyədə nəşr olunması və təhsil alanlar tərəfindən həvəslə mənimsənilməsi qeyd olunub. Bu dərsliyin gələcək nəslin vətənpərvər böyüməsində boyük rolu olacağı nəzərə çatdırılıb. Tədbir iştirakçılar tərəfindən "QARABAĞ AZƏRBAYCANDIR!" devizi ilə bitib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi