"7-dən 17-yə vətənpərvər!" layihəsinin keçirilməsi ilə bağlı Tədbirlər Planına uygun olaraq məktəbdə tədbir keçirilib

11.11.2022-ci il tarixdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ziyafət Bağırovanın təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatşünası, yazıçı-publisist, filologiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Özbəkistan-Türkmənistan ədəbi əlaqələr" şöbəsinin müdiri, Bakı Dövlət Universitetinin müəllimi, dosent Almaz Ülvi Binnətovanın şagirdlərlə görüşü təşkil olunub.
Tədbiri məktəbin direktoru Yaqut Kərimli açıb. Almaz Ülvi Binnətovanın həyat və yaradıcılığından ibarət videoçarx nümayiş olunub. Tədbirdə qeyd olunub ki, Almaz xanım "20 Yanvar" şəhidi Ülvi Bünyadzadənin bibisidir. Onun yazdığı hekayələr və şeirlərin çoxu Ülvi Bünyadzadəyə həsr olunub. Şeirlər şagirdlər tərəfindən səsləndirilib. Aşıq Ələsgərin sözlərinə bəstələnmiş aşıq mahnıları 7"A" və 8"A" sinif şagirdləri tərəfindən ifa olunub. Tədbirin sonunda filologiya elmləri doktoru, professor Almaz xanım Ülviyə söz verilib. O, dəvətə görə təşkilatçılara minnətdarlığını bildirib. İştirakçılar Almaz xanımla xatirə şəkli çəkdiriblər.