Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Zəfər Günü” münasibətiylə Hərbi Qənimətlər Parkına ekskursiya təşkil olunub

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Zəfər Günü” münasibətiylə şəhid və qazi ailələrinin övladlarının və ali, orta təhsil müəsisələrində təhsil alan bir qrup yeniyetmə və gənclərin Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil olunub. Ekskursiyada məktəbimizin 8"A" sinif şagirdləri iştirak ediblər.

Hərbi Qənimətlər Parkına ekskursiya zamanı onlara Vətən müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqlar, düşmənin canlı və hərbi qüvvəsinin itkiləri barədə ətraflı məlumat verilib. Həmçinin, müharibə cinayətləri, döyüş bölgəsindən uzaq olan ərazilərin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar da ekskursiya iştirakçılarının diqqətinə çatdırılıb.

Ekskursiya çərçivəsində onlar Vətən müharibəsi zamanı qənimət götürülən tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, həmçinin Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqlarına tamaşa ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi