"Məktəbdə psixoloji-profilaktik təlimlər” layihəsi çərçivəsində təlimlər davam edir

8"C" sinfində psixoloji -profilaktik təlim keçirildi. Psixoloqlar Məhərrəmova Firəngiz və Quliyeva Şəhla "problem" sözü ətrafında mindmap çalışması verdilər, "Hər şey öz əlindədir" qısametrajlı filmi izlənildi və ətrafında refleksiya edildi.

Daha sonra müəllim və valideynlərlə psixoloji-profilaktik təlim çərçivəsində "Mütaliənin övlad tərbiyəsində və sosiallaşmasında başlıca rolu" mövzusunda söhbət aparıldı. Təlimə uşaq yazıçısı, nağılçı, Ağıllı bala nəşriyyatının rəhbəri Fatimə Alxaz da dəvət olunmuşdu, onunla görüş və fikirlərini dinləmək valideynlər üçün xüsusi olaraq xoş oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi