"Xarı bülbül" qoxulu "Zəfər günü" adlı tədbir keçirilib

Məktəbdə ibtidai sinif müəllimi Mehriban Əliyevanın təşkilatçılığı ilə 4"C" sinif şagirdləriylə birgə "Xarı bülbül" qoxulu "Zəfər günü" adlı tədbir keçirilib.Tədbirdə "Zəfər günü" nü tərənnüm edən şeirlər söylənilib. Sinfin qızları "Xarı bülbül" rəqsini, Ömər Paşayev isə şəhidimiz Xudayarın "Vətən yaxşıdır" təsnifini ifa ediblər. Tədbirdə Cavanşir Quliyevin "Əsgər marşı" və Şəmistan Əlizamanlının "Cənab Leytenant" mahnıları səsləndirilib. Görkəmli şairimiz Süleyman Rüstəmin səhnələşdirilmiş "Ana və poçtalyon" şeiri və görkəmli şairimiz Sabir Rüstəmxanlının sözlərinə yazılmış "Millətəm" adlı mahnısı ilə tədbirə rəngarənglik qatılıb. Sonda şagirdlər azad olmuş torpaqlarımıza bir daha düşmən ayağı dəyməsinə izn verməyəcəklərinə and içiblər. Tədbirdə azad olunmuş Şuşa şəhəri haqqında videoçarx nümayiş edilib. Tədbir tamaşaçılar tərəfindən bəyənilib və alqışlarla qarşılanıb.