Azərbaycanın xalq şairi Mirvarid Dilbazinin 110 illik yubileyi qeyd olunub

Məktəbin Tədbirlər planına uyğun olaraq Azərbaycan dili və ədəbiyyat aylığı ilə əlaqədar Azərbaycanın xalq şairi Mirvarid Dilbazinin 110 illik yubileyi qeyd olundu. Azərbaycan dili və ədəbiyyat müəllimi Telnaz Teymurovanın təşkilatçılığı və rəhbərlik etdiyi 6"A" sinfinin şagirdləri "Azərbaycan poeziyasının Mirvarisi" adlı tədbir keçirdilər. Tədbir şair M.Dilbazinin öz səsi ilə söylədiyi şeiri ilə başladı. 6"A" sinif şagirdi Aygün Ələkbərova şairə M.Dilbazinin obrazını yaradaraq şeirlərindən parçalar söylədi. Şagirdlər şairənin həyat yolundan danışdılar və maraqlı faktlar söylədilər. Tədbirdə Şair Mirvarid Dilbazi poeziya məclisinin rəhbəri Güllü Eldar Tomarlı, şairə Səadət Buta, aşıq Təbriz Gədəbəyli, Ələkbər Ələkbərov, şair Aqşin Ağakərimli iştirak edirdi. Qonaqlar Xalq şairi Mirvarid Dilbazinin 70 ildən artıq keçmiş yaradıcılıq yolu, poeziyası və şeir xəzinəsinin zənginliyi haqqında fikirlər söylədilər. Aşıq Təbriz Gədəbəyli şairin sözlərinə bəstələnmiş musuqiləri ifa etdi.
Çıxışlar tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı. Sonda qonaqlarla birgə Azərbaycan dili və ədəbiyyat müəllimləri, şagirdlər xatirə şəkli çəkdirdilər.