Əhməd Cavadın 130 illik yubileyi ilə əlaqədar "dəyirmi masa" keçirilib

Məktəbin kitabxanasında tədbirlər planına uyğun olaraq Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illik yubileyi ilə əlaqədar "dəyirmi masa" keçirilib.
"Dəyirmi masa" Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıb. Şairin sözlərinə bəstələnmiş "Çırpınırdın Qara dəniz" mahnısı səsləndirilib. 7"A" sinif şagirdləri şairin həyat və yaradıcılığı haqqında məlumat veriblər, Əhməd Cavadın yaradıcılığından şeirlər söyləyiblər. Sonda Əhməd Cavadın həyat və yaradıcılığına dair videoçarx nümayiş olunub.