"Kitabi-Dədə Qorqud" mövzusunda diskusiya təşkil olunub

10"B" sinfində ədəbiyyat dərsində "Kitabi-Dədə Qorqud" mövzusunda diskusiya təşkil olunub. Əsas məqsəd şagirdlərə "Kitabi-Dədə Qorqud" dastanının tarixi keçmişimizi özündə yaşatması və bugünkü tariximizə əlaqələnməsini aşılamaq və mənimsətmək idi. Şagirdlər canlı diskusiya təşkil edərək dastanın müxtəlif boylarında yaşanan xalqımızın ümummilli və bəşəri dəyərlərin mahiyyətini təhlil etdilər. 1300 illik tarixi olan bu dastanın təkcə bizim yox bəşəriyyətin dəyərlərini yaşadan tarixi bir abidə olduğunu gətirdikləri faktlarla sübut etdilər. Dastanın heç də tarixin yaddaşında qalmadığını bugünkü tariximizlə səsləşdiyini yaşadığımız 44 günlük vətən müharibəsi əsgərlərimizin göstərdiyi qəhramanlıqlarla müqayisə edərək yekunlaşdırdılar.