Gəlin hüquqlarımızı qoruyaq

Məktəbdə “Uşaq hüquqları aylığı” ilə əlaqədar müəyyən işlər görülmüşdür. Sinif təşkilat saatları keçirilimiş, şagirdlər tərəfindən fotoşəkillər, esse yazılar və referatlar hazırlanmışdır. Tarix və coğrafiya dərslərində müzakirələr aparılmışdır.21.11.2016-cı il tarixdə məktəbin coğrafiya müəllimi Gülsüm Hacıyevanın təşkilatçılığı və 7a, 8b, 10a, 11a sinif şagirdlərinin fəal iştirakı ilə “Gəlin hüquqlarımızı qoruyaq” adlı tədbir keçirilmişdir. 11a sinif şagirdləri Əyyubzadə Sevinc “Uşaq Hüquqları Konvensiyası”nın yaranması haqqında, Əliyeva Ülkər isə uşaqların hüquq və vəzifələri haqqında geniş məlumat verdilər. Tədbirin sonunda 10a sinif şagirdi Elvin Qazıyevin hazırladığı videoçarx nümayiş olunmuşdur.Tədbirin keçirilməsinin əsas məqsədi şagirdlərimizi maarifləndirmək və onların öz hüquqlarını bilərək müdafiə edə bilmələri üçündür.