Sağlam həyat tərzi uğrunda mübarizə

Qeyri-infeksion xəstəliklərin yaranması və onlarla mübarizəyə dair tədbirlər planı hazırlanmış, sinif təşkilat saatlarında müzakirələr aparılmışdır. Biologiya dərslərində “Qeyri-infeksion xəstəliklərin yaranması və onlardan necə xilas olmaq olar” mövzusunda disputlar keçirilmişdir. Fiziki tərbiyə dərslərində şagirdlərə sağlamlığı təmin etmək məqsədi ilə mütəmadi olaraq idmanla məşğul olmaq tövsiyə olunmuşdur. Mövzu ilə əlaqədar tədbir keçirilmişdir. Məktəbin həkimi Səfərova Lətifə şagirdlərlə qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair diskussiyalar aparmışdır. Tədbirin sonunda informatika müəllimi Elmira Fərzullayevanın hazırladığı “Sağlam həyat tərzi uğrunda mübarizə” mövzusunda videoçarx nümayiş etdirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi