Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”nin qalibi olmuş «Məktəbdə psixoloji-profilaktik təlimlər” layihəsi çərçivəsində təlimlər davam edir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”nin  qalibi olmuş «Məktəbdə psixoloji-profilaktik təlimlər” layihəsi çərçivəsində
Bakı Avrasiya universitetinin psixoloqu Şəhla Hilal  9"A" sinif şagirdlərinə psixoloji-profilaktik təlim verdi. Təlimdə “Psixoloji biliklərin həyatımızda önəmi” adlı interaktiv tok-şou keçirdi. Şagirdlərin fikirləri çox maraqlı və diqqətəlayiq idi. ADMİU-nun müəllimi Firəngiz Məhərrəmovanın  9"A" sinif şagirdləri ilə keçirdiyi   hazırkı ruh hallarının açıqlanmasına yönəlmiş «Ağac» testi, “Həndəsi fiquru əşyaya çevir” təxəyyülün inkişafına yönəlmiş psixoloji çalışması da şagirdlərin xüsusi marağına səbəb oldu. 
Məktəbdə pedaqoqlara və valideynlərə keçirilən  psixoloji-profilaktik təlimdə  qucaqlaşmanın insan orqanizminə fizioloji və psixoloji faydalarından danışıldı, “Özünü sev” meditativ çalışması və “Güvənli yer” psixoloji çalışması keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi