Məktəbdə "7-dən 17-yə vətənpərvər!" layihəsi ilə əlaqədar  vətənpərvərliyə həsr olunmuş  müzakirə xarakterli  "dəyirmi masa" keçirildi

"7-dən 17-yə vətənpərvər!" layihəsi ilə əlaqədar məktəb kitabxanaçıları Hacıyeva  Məhparə və Qarayeva Zöhrənin təşkilatçılığı ilə vətənpərvərliyə həsr olunmuş əsərlərin oxu və müzakirə xarakterli  "dəyirmi masa" keçirildi. "Dəyirmi masa" Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı 7"A", 7"B", 4"B", 3"B" sinif şagirdləri Zahid Xəlilin "Vətən müharibəsinə həsr olunmuş "Dəmir Yumruq Dastanı" əsərini və Çinarə Köçərlinin "44 Gün Qarabağda "uşaqlar üçün hekayələr kitabını mütaliə və müzakirə etdilər. Şagirdlər vətənə, Şüşaya və şəhidlərə aid şeirlər söylədilər. "Dəyirmi masa"da Azərbaycan  dili və ədəbiyyat fənn metodbirləşmə sədri Ziyafət Bağırova və təlim-tərbiyə işləri üzrə direktor müavini Leyla Əhmədova  şagirdlərin mütaliə və müzakirəsini qiymətləndirdi və onlara  həmişə vətənpərvər olmalarını tövsiyə etdi. Sonda mövzuya həsr olunmuş videoçarx nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi