“Yol hərəkəti qaydalarını öyrənək və əməl edək!” mövzusunda tədbir keçirilib

2022-2023-cü tədris ilinin Tədbirlər Planına uyğun olaraq sentyabrın 20-dən oktyabrın 20-dək "Yol hərəkəti" aylığıdır. Bununla bağlı məktəbdə 3"A", 3"B", 3"C" sinif şagirdlərinin iştirakı ilə  "Yol hərəkəti qaydalarını öyrənək və əməl edək!" mövzusunda tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Sonra şagirdlərə Yol hərəkəti qaydaları haqqında, yol nişanları, piyada keçidləri, təhlükəsizlik kəmərinin əhəmiyyəti ilə bağlı məlumat verilib. 
Şagirdlər Yol hərəkəti qaydalarına aid şeirlər söyləyiblər, mahnılar ifa ediblər, səhnəciklər göstəriblər. Tədbirin sonunda şagirdlərin hazırladıqları  yol nişanları, əl işləri nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi