"Məktəbdə Psixoloji-profilaktik təlimlərin keçirilməsi" mövzusunda təlimlər davam edir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi" çərçivəsində "Məktəbdə Psixoloji-profilaktik təlimlərin keçirilməsi" mövzusunda təlimlər davam edir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”nin qalibi olmuş «Məktəbdə psixoloji-profilaktik təlimlər” layihəsi çərçivəsində psixoloq, ADMİU-nun müəllimi Firəngiz Məhərrəmova və Bakı Avrasiya universitetinin psixoloqu Şəhla Quliyeva məktəbin müəllimləri və valideynlərdən ibarət qrupla “Müdrik qoca” relaks çalışması, “Xoşbəxtlik örpəyi” psixoloji oyunu keçirdi. İştirakçılar həm yorğunluqlarını atıb dincəldilər, həm problem yaşanan anda neqativ duyğunu pozitiv duyğuyla necə əvəz edəcəklərini öyrəndilər. 11"B" və "8"A" sinif şagirdləri ilə keçirilən təlimdə “Yarımçıq cümlələr” testi, “16 kəlmə”, “4-cü artıqdır”, “Ağac” testi “ psixoloji oyunu keçirildi və şagirdlərin çox böyük marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi