"Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi" çərçivəsində "Məktəbdə Psixoloji-profilaktik təlimlərin keçirilməsi" mövzusunda təlimlər davam edir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi" çərçivəsində "Məktəbdə Psixoloji-profilaktik təlimlərin keçirilməsi" mövzusunda təlimlər davam edir
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi" çərçivəsində "Məktəbdə Psixoloji-profilaktik təlimlərin keçirilməsi" mövzusunda təlimlər davam edir. ADMİU-nin müəllimi, pedaqoq psixoloq Firəngiz Məhərrəmova və Bakı Avrasiya universitetinin müəllimi, pedaqoq psixoloq Şəhla Quliyeva pedaqoji heyət və valideynlərdən ibarət qrupla "Sığınacaq" relaks və "Bir kəlmə ilə" emosiyaları ifadə etmə çalışması aparıb. Eyni zamanda pedaqoqlarla: "Duyğularımızın fərqindəliyi, var olmağın fərqində olmaq və ya "fərqində olma səriştəsi, duyğularımızın fərqindəliyi", 9"B" sinif şagirdləri ilə "Utancaqlıq və cəsarətsizliyin yoxlanılması", "Vətən" kəlməsi ətrafında mindmap çalışması, "Fiquru əşyaya çevir" düşündürücü oyunu aparılıb. Sonda şagirdlərlə aparılan "Özünü ifadə et" psixoloji çalışması böyük maraqla yerinə yetirilib.