27 sentyabr – "Anım Günü” münasibəti ilə tədbir keçirilib

27 sentyabr – "Anım Günü” münasibəti ilə tədbir keçirilib. "Anım Günü" Dövlət Himni ilə başlanıb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bütün siniflərdə 1-ci dərs saatı "Anım Günü"nə həsr olunub. 4"B" sinif şagirdləri "Şəhidlər heç vaxt unudulmur" adlı ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Vətən Müharibəsinin şəhidlərinə və qazilərinə həsr edilmiş şeirlər və musiqi ifa ediblər. Tədbirdə Vətən Müharibəsi Şəhidi, məktəbin məzunu Samir Əliyevin anası və nənəsi, şəhidin dostları, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər. Çıxış edən natiqlər qeyd ediblər ki, xalqımız işğalla heç zaman barışmayıb, yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyulub. Bu tarixi qələbə isə şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına başa gəlib. Buna görə indi hər bir Azərbaycan vətəndaşı bizə qələbə sevinci yaşadan şəhidlərimizə və qazilərimizə borcludur. Tədbirin sonunda Şəhid Samir Əliyevin "Həyat yolu" və ona həsr olunmuş mahnılar səslənib.