Məktəb üzrə bütün siniflərdə valideyn iclası keçirilib

Tədbirlər planına uyğun olaraq 23.09.2022 tarixində məktəb üzrə bütün siniflərdə valideyn iclası keçirilib. Yeni tədris ilində şagirdlərin davamiyyəti, məktəbli formaları, dərsliklər və yeni dərs ilində məktəbdə hansı yenilikləri görmək istədikləri barədə valideynlərlə söhbət aparılıb. Məktəbin psixoloqu Ulduz Mollayeva birinci siniflərdə şagirdlərin məktəbdə adaptasiya prosesinə dəstək olmaq məqsədi ilə valideynlərlə maarifləndirici söhbət aparıb. İclasın sonunda valideynləri maraqlandıran suallar cavablandırılıb.