Sentyabrın 15-də məktəbdə ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub

15.09.2022-ci il tarixində məktəbdə Bilik Günü tədbiri Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canlarından keçən şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükütla yad edilib. Məktəbin məzunu şəhid Samir Əliyevin valideynləri və şəhid övladı 1-ci sinif şagirdi Musayev Muradın babası Qarabağ qazisi Əliyev Arzu tədbirdə çıxış edib. Məktəbin direktoru Yaqut Kərimli çıxışında birinciləri təbrik edib və yeni dərs ilində şagirdlərə uğurlar arzulayıb.
Bütün siniflərdə ilk dərs "Qarabağ Azərbaycandır" mövzusuna həsr olunub.