Tədris ilinin ilk Pedaqoji Şura iclası keçirilib

Sentyabrın 13 - də 2022/2023- cü tədris ilinin ilk Pedaqoji Şura iclası keçirilib. İclasda yeni tədris ilinə hazırlıq vəziyyəti müzakirə olunub, gündəlikdə olan məsələlərlə bağlı məruzələr dinlənilib. Məktəbin direktoru Yaqut Kərimli iclasda çıxış edərək  Elm və Təhsil Nazirliyinin və BŞTİ- nin aidiyyatı üzrə təlimatlarını pedaqoji kollektivin diqqətinə çatdırıb, qarşıda duran vəzifələr barəsində danışıb. Sonda məktəbə yeni təyin olunan müəllimlər  kollektə  təqdim olunub və gündəlikdə olan məsələlərlə bağlı qərarlar qəbul edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi