Milli Dirçəliş Günü

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin noyabr ayı üçün göndərdiyi tədbirlər planına uyğun olaraq məktəbdə “17 Noyabr-Milli Dirçəliş günü” ilə əlaqədar tədbirlər planı hazırlanmış, sinif təşkilat saatlarında diskussiyalar təşkil olunmuşdur. 15.11.2016-cı il tarixdə VII və VIII sinif şagirdlərinin, müəllimlərin və kitabxana işçilərinin iştirakı ilə məktəbin kitabxanasında “Dəyirmi masa” keçirilmişdir. Tarix müəllimi Nəzərova İradə və Rüstəmova Elnarə “Dirçəliş günü”nün tarixi barədə maraqlı məlumat vermiş və şagirdləri diskussiyaya dəvət etmişlər. Şagirdlərdən Anar Ağamirzəyev, Yunis Maqsudov, Səid İsmayılov, Fidan Qəribli, Məhəmməd Əliyev, Mehriban Xəlilova, Nəzrin Mehdiyeva, Aydan Hüseynzadənin “Milli Dirçəliş günü” ilə bağlı məruzələri dinlənilmiş və hazırladıqları videoçarx nümayiş etdirilmişdir. Şagirdlərimiz Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın qurucusu kimi və Azərbaycan Dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti haqqında geniş müzakirələr etmişlər. Məktəb rəhbərliyi də “Dəyirmi masa”da iştirak etmişdir. Sonda məktəbin direktoru müəllim və şagirdləri “Milli Dirçəliş günü” münasibəti ilə təbrik edərək şagirdlərin dərsdənkənar fəaliyyətini dəyərləndirmiş, onlara maraqlı və dəyərli işlərinə görə təşəkkürünü bildirmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi