Bugünkü “Yay məktəbi”ndə əsasən şagirdlər üçün açıq havada məşğələlər və digər öyrədici fəaliyyətlər həyata keçirilib

Bugünkü “Yay məktəbi”ndə əsasən şagirdlər üçün açıq havada məşğələlər və digər öyrədici fəaliyyətlər həyata keçirilib. Bu dərslərdə şagirdlər öz intellektlərini, zəkalarını da artırıblar. Eyni zamanda şagirdlər müxtəlif şəkillər çəkib, rəssamlığın sirlərini də öyrəniblər. Açıq havada keçirilən dərslər zamanı şagirdlər nəinki biliklərini artırıblar, həm də sağlamlıqlarının qeydinə qalıblar. Məktəbdə müxtəlif idman oyunları təşkil edilib. Şagirdlərimiz şahmat yarışmasında öz güclərini sınayıblar. Bu gün 2"B" sinfində şagirdlər üçün sinema günü keçirilib, "Yaşıl sinif" adlandırılan 2"A"sinfində isə əyləncəli həyat bilgisi dərsi keçirilib.