Şagirdimiz finala vəsiqə qazanıb

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd təsərrüfatı Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində "Ekoloji Təmiz Məhsul və Aqrobiomüxtəliflik" məktəblilərin IV Respublika müsabiqəsini keçirir. Müsabiqədə məktəbimizi təmsil edən 3"B" sinif şagirdi Qurbanlı Zümrüd "Dənli bitkilər" mövzusunda hazırlagığı təqdimat ilə çıxış edərək finala vəsiqə qazanmışdır.