Məzunlar üçün “Son zəng” çalındı

14 iyun məktəbdə məzunlar üçün “Son zəng” çalındı. Tədbir Azərbaycan Respublikasının Dövlər Himni ilə başlandı.Çıxış üçün ilk söz məktəbin direktoru Yaqut Kərimliyə verildi. O, şagirdləri təbrik edərək gələcək işlərində uğurlar arzuladı. Xətai Rayon İcra Hakimiyyəti Başçısının nümayəndəsi Elyar Babayev məzunları təbrik etdi. Sonra ibtidai sinif müəllimləri Acar Vəliyeva, Fərqanə Mirzəyeva, 9"X", XI"A" və XI"B" sinif rəhbərləri Suğra Ramazanova, Aidə İsmayılova və Sevinc Məmmədovaya söz verildi. Onlar məzunları təbrik edərək uğurlar arzuladılar. 9"X" sinfinin məzunları adından Firəngiz İbrahimova ürək sözlərini deyərək məzunları təbrik etdi. I sinif şagirdləri "Son Zəng", Vətən, müəllim haqqında şeirləri ilə çıxış edərək məzunları təbrik etdilər. Tədbirdə məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı proqram nümayiş olundu. Məktəbin simvolik açarı məzun Məmmədli Nihad tərəfindən X sinif şagirdi Quliyev Murada təqdim edildi.Tədbir məktəbin həyətində "Son zəng"in çalınması ilə başa çatdı.