"Zəfər tarixi" adlı konfrans keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-146 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə IX və XI sinif şagirdlərinin iştirakıyla "Zəfər tarixli" adlı məktəbdaxili konfrans keçirilib. Şagirdlər və "Zəfər tarixi" fənnini tədris edən müəllimlərlə birgə interaktiv şəkildə dərslər aparılıb. Konfransda tarix müəllimləri Elnarə Rüstəmova, Ülviyyə Zaidova tərəfindən 44 günlük Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbə barədə ətraflı məlumat verilib. Məktəb rəhbərliyi, tarix müəllimləri və digər fənn müəllimləri ilə birgə keçirilən konfransların təşkil olunmasında əsas məqsəd Zəfər tariximiz barədə şagirdləri məlumatlandırmaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızı şagirdlər arasında tanıtmaq və onların xatirəsini yad etməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi