Kulinariya festivalı keçirilib

Dünya ölkələrinin kulinariyası, mədəniyyəti, adət-ənənələrinin təbliği, şagirdlərin dünyagörüşünün artırılması, multikulturalizmin inkişafı məqsədilə məktəbdə "Kulinariya festivalı" keçirilib. Festival çərçivəsində şagirdlər tərəfindən 16 ölkənin milli mətbəxi və rəqsləri nümayiş olunub. Tədbirdə Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Ukrayna, Rusiya, Tatarıstan, Özbəkistan, Yunanıstan, Yaponiya, Koreya, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İspaniya, Hindistan, Böyük Britaniya ölkələrinin milli mədəniyyətini, mətbəxini özündə əks etdirən guşələr hazırlanıb. Festival zamanı dünya xalqlarının təkcə təamları deyil, həmçinin müxtəlif ölkələrin maddi-mənəvi dəyərləri təqdim olunub. Festivalda İspaniya səfirliyindən Mariya Qonzales, Yunanıstan səfirliyindən mədəniyyət üzrə müşavir Mariya Delaki, səfirin həyat yoldaşı, Yunan cəmiyyətinin sədri Səidə Mehdiyeva, Türkiyədən kulinarist Emre Yamacı, İran məktəbinin direktoru Muhammed Qəşəmi, direktor müavini Mustafa Rənayi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov,  173 nömrəli tam orta məktəbin direktoru Ləman Hacıyeva, 86 nömrəli tam orta məktəbin direktoru Cavid Əliyev, 58 nömrəli tam orta məktəbin direktoru Ulduzxan Abdullayev tədbirdə iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi