"28 May Müstəqillik Günü"nə həsr olunmuş "Müstəqilliyimiz əbədidir" adlı tədbir keçirilib

"28 May Müstəqillik Günü"nə həsr olunmuş "Müstəqilliyimiz əbədidir" adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlaylb. Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Fərqanə Mirzəyeva və 3"B" sinif şagirdlərinin iştirakı ilə keçən tədbirdə şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, keçdiyi inkişaf yolu haqqında məlumat verilib. Ölkəmizin müstəqilliyi bərpa olunduqdan sonra qazanılmış uğurlardan, dövlət quruculuğu sahəsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edilib. Şagirdlər müstəqilliyə, vətənpərvərliyə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyub, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Tədbirdə şagirdlər tərəfindən səhnələşdirilmiş "Torpaqdan pay olmaz" tamaşası böyük rəğbətlə qarşılanıb. Sonda Müstəqilliyə həsr olunmuş videoçarx nümayiş olunub.